10.21.2008

Eni Oken




Gözəl bəzək əşyaları yaradan ustalardan biri də Eni Okendir.Məftil və muncuqların qarışığından yaratdığı bu əşyalarda Eni qiymətli daşlardan, gümüş və qızıl məftillərdən istifadə edib.Bu artıq muncuqduzmə sənətinə yox, zərgərliyə daha çox uyğun gəlir.
Mənşəcə Braziliyadan olan Eni son 20 ildə bir çox əl sənətlərində uğur qazanmış, hazırda isə Los Anjels şəhərində yaşayır.




Saytında onun müxtəlif illərdə yaratdığı qolbaqlara, boyunbağı və üzüklərə baxa bilərsiniz.
Həm də öyrənmək istəyənlər üçün dərslər (tutorial) də var. Onların bəzilərinə baxmaq olar, bəzilərini isə saytdan ödəniş etdikdən sonra elektron formada almaq olar.



 İşlərə gəldikdə isə, məsələn elə bu sonuncu boyunbağının qiyməti saytda 1800 $ qoyulmuşdur. Çox gözəl və qoymətli bir işdir.
Sentyabrın ortalarında Eni saytına olan marağa görə yeni bir sayt yaratmış, sayti Zərgərlik dərsləri adlandırmışdır. Enisevərlər qeydiyyatdan keçib, öz əsərlərini başqalarına təqdim edə bilərlər.

Hazırda dünyanın müxtəlif ölkələrinkə əsrarəngiz bəzək əşyaları yarada bilən ustalar var. Çalışacağam ki, onların əl işlərindən nümunələri diqqətinizə çatdırım, bir haldakı internet məkan və məsafə problemini aradann qaldırır, siz o ustalarin əsərlərini bu gun, bu dəqiqə görmək imkanına maliksiniz, sadəcə zaman problemini də aradan qaldırın, vaxt tapın.

10.20.2008

Muncuqdüzmə sənəti

Əlbəttə çox gözəl daşlardir. amma onlardan düzəldilmiş bəzək əşyaları daha gözəl olacaq. Muncuqdüzmə sənəti ilə 4 il olar məşğulam. Son ildə daha çox vaxt ayirıram. İşlərimə buyurub baxa bilersiniz.

Yaxinda yazilarda muncuqdüzmə tarixindən, əsas üsullarindan dərslər yerləşdirmək fikrindəyəm.

Mənim əl işlərim

Əl işlərim Muncuqdüzmə ilə 2004-cü ildən məşğul oluram.Stil seçimi yoxdur hələ ki məndə. Əsasən özümə gözəl görünən və həm də mənə çətin görünən müəyyən işə həvəslə başlayiram, çox vaxt yaxşı alınmazsa həmin işə bir də qayıtmıram. Amma bəzən, müəyyən vaxtdan sonra yenidən cəhd edib daha maraqlı nə isə alınanda sevinirəm.. Sağ olsunlar dostlar, məni həvəsdən salmırlar, bütün işlərimə yaxşı deyirlər. Amma işərim də iş olana qədər aylar kecir, 100 faiz ürəyimə yatir, bir neçə ekspert var olnara göstərilir, hansininsa üşündə maraq görməsəm , anlayiram ki bu iş heç kəsə görünməsə yaxşıdır.. Bax belə bir həyat və ölüm prosesindən keçir bütün işlər.