Mənşəcə Braziliyadan olan Eni son 20 ildə bir çox əl sənətlərində uğur qazanmış, hazırda isə Los Anjels şəhərində yaşayır.
Saytında onun müxtəlif illərdə yaratdığı qolbaqlara, boyunbağı və üzüklərə baxa bilərsiniz.
Həm də öyrənmək istəyənlər üçün dərslər (tutorial) də var. Onların bəzilərinə baxmaq olar, bəzilərini isə saytdan ödəniş etdikdən sonra elektron formada almaq olar.
İşlərə gəldikdə isə, məsələn elə bu sonuncu boyunbağının qiyməti saytda 1800 $ qoyulmuşdur. Çox gözəl və qoymətli bir işdir.
Sentyabrın ortalarında Eni saytına olan marağa görə yeni bir sayt yaratmış, sayti Zərgərlik dərsləri adlandırmışdır. Enisevərlər qeydiyyatdan keçib, öz əsərlərini başqalarına təqdim edə bilərlər.
Hiç yorum yok:
Yorum Gönder