12.24.2009

Muncuqla işləyən sənətkar

Bu məqaləni trend.az saytından tapdım, sizə də göstərmək istədim. Xahiş edırəm, əgər Sitarə xanımla şəxsi tanışlığı olan varsa, mənə yazsın. Çox istəyirəm onun işlərini sayta qoyum, hamı görsün. Trend az-da heç bir şəkil yox idi.

12.23.2009

Ilk tikme qolbağım

Bu da menim ilk tikme qolbağım. Bu qolbağın tikilmesini ve formasini Sheril Serafininin kitabindan götürmüşem. Neçe defelerle iyne əlime batıb, amma şükür ki sona çatdırdim.. İndi çoxlu yeni planlar var.

Kabaşonun ətrafinin hörülməsi - Alissiden bir Master Klass


Biser infoda bir xanimin (Alissi) master klassını gördüm, xahiş etdim çox sağ olsun, icazə verdi ki, bezek.azeriblog-da o master klass-i yerləşdirək. Alissinin başqa işlərinə burdan baxa bilərsiniz.

Master -klassi mən tərcümə edərəm, amma şəkillərini qoyub, muncuqdüzmə həvəskarlarinin fikirlərini gözləyirəm, anlaşılan deyilsə, onda tərcümələri də yerləşdirərəm.

12.22.2009

Azərbaycan Xalçası və Xalq Tədbiqi Sənəti Dövlət muzeyinde sergi

24 dekabr 2009-cu il tarixinde Azərbaycan Xalçası və Xalq Tədbiqi Sənəti Dövlət muzeyinde Tetbiqi senet numunelerine hesr olunmuş sergi kecirilecek. Sergi saat 15 00-da aciq elan olunacaq.

12.19.2009

Bead Journal Project - adli proyekt

Dostlar, son gunler cox sevindim, butun başqa gözel hadiselerle yanaşı, BJP proyekte qebul olundum. proyekt meşhur əl işleri ustası Robin Atkins terefinden 2007-de düşünülmüş, dünyanin ən müxtelif yerlerinden əl işleri ile meşğul olan insanlar bu proyekte qoşulub bir birlerinden çox öyrenirler. Men bu barede keçen il bir blogda gördüm, BJP-nin resmi saytini tapdim, amma qebulun oktyabrda olacağını görüb, oktyabrı sebirsizlikle gözlemeye başladım. Axır ki gözlediyim gün gelib çatdı, qeydiyyat üçün emeil gönderdim ve qebul olunduğum haqda cavab alanda çox sevindim. 287 neferden biri de men oldum. Proyektde esas qaydalar:
1. 1 il erzinde her ay bir iş hazirlamaq
2. bu işlerin her birinde muncuq olmalidir
3. işler hamisi eyni ölçü və formada olmalidir..
Her ay hazırlanmış el işi haqda vizual olaraq bir meqale hazirlansa da yaxşı olar. Sevinirem ki, post sovet mekanindan ilk defe men qatilmişam bu proyekte ve inaniram ki bir il erzinde 286 neferden çox şey öyrene ve ilham ala bilerem.

12.10.2009

Toxunmuş gül sancaqlar..

Çoxlu balaca güllər toxuduqdan sonra qərara aldım ki onlardan bele sancaqlar düzəldim.. arxa hissesine deri tikdim, derinin kenarlarini ise hordüm milçe ile.

Firuzeden dest

Firuze daşlardan bir dəst düzəltmək lazim idi. Uzun düşündükdən sonra belə bir forma alındi. Heyif ki, beyenilmedi.

Milçə ilə toxunmuş toplardan sirğalar..

Son vaxtlar milçə ilə toxuduğum əşyalar məni toplar toxumağa heveslendirdi.. Bu da neticəsi..

Telden bezek eşyasi

Muxtelif muncuqlardan ve telden bele bir bezek eshyasi dushundum, onu lent ve ya mumlu iplerden asmaqla texmaq olar. 

Milçe ile toxunmuş qolbaq.

3 rengli muncuqlarla toxudum, bu defe bağlanan hisse de elave etdim ki, daha maraqli olsun..

Bezek-shopda neler var?

El işleri heveskalari, Bakida tapa bilmediyiniz el işleri üçün lazim olan her levazimati Bezek-shopdan ala bilersiniz,  ve yaxud sifarişle elde ede bilersiniz..

12.05.2009

Temir mektebi verilishi

5 dekabrda sergiden hemen qayidan kimi Xezer TV-de Temir mektebinde menim duzeltdiyim şam ağaci dersini gösterdiler. o verilishden görüntüleri yaxinda elave ederem inshallah..
Helelik ise hazirlanmiş şam ağacini bölüşmek isteyirem..

11.23.2009

Esmerin el isleri

Bu isler Esmer terefinden gonderilib, onun  17 yaşi var, mektebde oxuyur, boş vaxtlarinda muncuqdüzme ile meşguldur..













11.21.2009

Fatma xanimin el işleri - 20 noyabr sergisi

Fatma xanim ve Şakila ile sergide tanış oldum, çox maraqlı insanlardi, Fatma xanim artiq 7 ildir i el işleri ile meşğuldur. Onlar Əfqanistandan köçüb gəlmışlər.. bu da Fatma xanımın əl işləri..

11.12.2009

Tikme Boyunbağı


Bir nece ay olar ki, internetdeki dostlarimin tikmə bileklikleri ve kulonlarini görüb, özümü sınamaq istəyirdim.. Sonunda, yaydan başladığım, sona çatdıra bilmediyim bu kulonu tikib qurtardim, arxa terefine deri tikmişem, saçaqlari cox maraqlı alindi.. Heç bilmirdim ki bele maraqlıdır tikmeli işler. İndi çex biserinden, daha maraqlı işler düşünürem.. İlham aldığım ustalardan biri de Guzel Bakaevadir.. Onun işlerine biser.infodan ve livejournalından baxa bilersiniz.. (Şeril Seriafinini eserlerinden ise danışmışam, master klassını da yerleşdirmişem)

11.08.2009

Yasemeni sirğalar - Topaciqlar


son gunlerin mehsulu - muncuqlardan toxunmuş muncuq topası sirğam.. Dest düşündüm, hazirda boyunbağılar üzerinde işleyirem..


10.27.2009

Payiz oyununa hazirladigim hediyye

biser.infodakı oyunda Payiz hediyyemi gözterdim sizə, indi ise menim göndərdiyim hədiyyəni göstərmək istəyirəm. İlk şəkili bu idi , sonra tam hazir olduqda daha bir şəklini çəkdim, heyf , o şəkli tapa bilmirəm.

Burda çex toz muncuqlarindan (biserlerden) , şüşə munvuqlardan, çex furniturasından istifadə etdim ki, hədiyyə tam gözəl olsun.  

10.26.2009

Simanin el işleri

Simanin el işleri (bloguna burdan baxa bilersiniz)

Gunay Ehmedovanin el işleri



--
Allaxverdiyeva Konul
Azerbaijan

Aygunun el işleri

Blogumuzun veteranlarindan olan Aygun xanimiin yeni el işlerini sevine sevine elave edirem, cox uzr isteyirem ki elave etmemishem gonderen kimi, yeni ishlerini gozleyirik..

Özü haqda yazdıqları: "men 1973 tevelludluyem orta tehsilliyem toxumaga tikmeye ushagligdan bashlamisham hevesim ele ushagligdan olub arada yadimnan cixdi prablemlerim oldu amma indi nece ildiki bu ishsiz dayan bilmirem.tek toxumaya yox her 1 el ishine maragim var ustune dushende her ish alinir .bu qeder.cox sagolunki oxudunuz."

8.19.2009

Zeminenin el isleri


Zemine ile men 4-5 il olar tanişiq, ixtisasca proqramçıdır, bir nece il olar institutu bitirib, el işlerinə böyük marağı var. Hazirda evde körpe qizcığazı ilə məşğuldur, amma bilirəm ki vaxt tapan kimi nəsə bir yenı el işi yaratmağa çalışır. Adeten mən onu görende geyimindemi, bəzək əşyalarındamı , nəyinse öz el işi olduğunu görürem, ya çantasını özü tikmiş, ya koftasını bəzəmiş..

Göndərdiyi 47 şeklin 47-sini də picasa albomuna yerləşdirdim, buyurun baxin:

Serhler^
Rubio yazıb:
Men alboma baxdim,xoshuma geldi.Heqiqeten sevinirem ki,xanimlar asude vaxtlarini gozel islere serf edirler.Umid edirem ki,bu bacariqlar kolgede qalmaz. Sergilere cixarilsa yaxshi olar.
Ugurlar!

İyul 17, 2009 14:51

2
aygun yazıb:
cox cox gozel ellerine sagliq insan bunlara heyran olmadan baxa bilmir

İyul 23, 2009 16:37

Qetibenin el isleri


bezek.azeriblog.com da Qetibenin isleri qoyulmushdu. Indi bu blogda da yerlesdirmek istedim. Umid edirem yorumlarinizda fikirleriniz qeyd edersiniz.
Qetibe haqda onu deye bilerem ki (ozu haqda yadiqda elave ederem) Xarici dillerdeki sergilerde gorushmushuk, ali mektebi bir-iki il olar bitirib, o da muxtelif el isleri ile maraqlanir..













8.02.2009

Bezek.azeriblog.com

Eziz el isi heveskarlari, qisa muddete mezuniyyete getdim, qayitdiqda azeriblog.com saytinda problemlerle bagli bloga daxil ola bilmedim. Amma mezuniyyet muddetinde duzeltdiklerim ve yeni ideyalarimi elave etmek istedim ki, sonra yadimdan cixmasin deye. Bu da ilk post, calishacam bezek.azeriblog.com da olan infolardan yeniden elave edim.

7.01.2009

Urmulinin deveti , ve ya istifade etdiyim sehifeler

Azəriblogçu Urmuli, bele bir oyun teklif etmişdir, bu oyunun əl işlərinə aidiyyəti olmasa da mən də oyunu qəbul edirəm, düşündüm ki insanlarin bir birini taniması üçün, onun hansı saytlardan istifadə etməsini bilmək maraqlidir. Bu da mənim ziyaret etdiyim internet sehifeleri:
1. internetə goshulan kimi azeriblog.com saytina daxil oluram. Bir sira dost bloglara baxiram.
2. google.com -a daxil oluram, mutleq gmaile baxmaliyam, sonra brauzerimde google toolbari aktivleşdirirəm ki, xoşuma gələn saytlari favoritlərə əlavə edə bilim.. Hemçinin 2 blogum googlun bloglarindadir , yeni bloggerde: rukodeliya ve konul-art

6.25.2009

Gulzade xanimin el ishleri






Gülzadə xanimla mən 2008-ci ilin oktyabrinda tanış oldum, ona qədər də mənim həmişə muncuq aldiğim mağazada mənə demişdilər ki, bir danişmayan xanim var , çox gözəl işləri var.