6.25.2009

Gulzade xanimin el ishleri






Gülzadə xanimla mən 2008-ci ilin oktyabrinda tanış oldum, ona qədər də mənim həmişə muncuq aldiğim mağazada mənə demişdilər ki, bir danişmayan xanim var , çox gözəl işləri var.

Sərgiyə bir həftə qalmiş yenə muncuq dükanina getdim, bu dəfə onunla tanış oldum, çox hirsli idi, əl qolu ilə nəsə demək istəyirdi.. Mən dərhal sərgini anlatmağa çalışdım, nömrəsini götürdüm, öz nömrəmi onun
telefonuna yazdım. Məlum oldu ki, onu metroda əl işlərini satmağa qoymurlar. İnsan necə əsəbləşməsin, eşitmə və danişma orqani işləməyən  insan, özünü dolandirmaq üçün əl işləri ilə məşğul olur, ona da imkan
vermeyirlər.. Aydındır ki, satış üçün qeydiyyat və vergi orqanlarina ödəniş etməlisən..Amma görəsən küçələrdə alver edən çinli alvercilərin hamısı vergiödəyicisidirlərmi? Mənə çox maraqlıdır..
Gulzade xanim əl işlərini düzəltməyi Çində olduqda öyrənib, əvvəlcə xirda açarlıqlar düzəldib, sonra iri işlərə keçıb. Azərbaycan, Türkiyə və digər ölkələrin bayraqlari olan qablar, gülqabıları, kiçik heyvanları
çox gözəldir.. Rəna xanimin da çox marağına səbəb oldu işlər. Sərgidə bəzi işləri yaxşı satıldı, əgər hansı işini almaq istəsəniz şərhdə yaza bilərsiniz..işlərin tam kolleksiyasini picasa albomuna
yerləşdirəcəm, baxa bilərsiniz.

Hiç yorum yok: