12.24.2009

Muncuqla işləyən sənətkar

Bu məqaləni trend.az saytından tapdım, sizə də göstərmək istədim. Xahiş edırəm, əgər Sitarə xanımla şəxsi tanışlığı olan varsa, mənə yazsın. Çox istəyirəm onun işlərini sayta qoyum, hamı görsün. Trend az-da heç bir şəkil yox idi.


02.05.2007 16:10

Azərbaycan , Bakı, 2 may /müx. Trendlife Vüqar İmanov/

Muncuq- özünün dekorotiv keyfiyyətinə görə əla materialdır. O, Azərbaycan ustalarının lap qədimdən diqqətini çəkib. Yeri gəlmişkən, şüşə muncuqlar qədim Misir fironlarının geyimlərini bəzəyirdi. Muncuğun istehsalat mərkəzi Avropada Venesiya respublikası idi. Venesiyada muncuq və şüşənin istehsalı 17-ci əsrə qədər qorunub saxlanılırdı. Bu monopoliyanı isə (Şimali Çexiya) Bogema ustaları pozmuşdular.

Təəssüf ki, indiki vaxta qədər qədim ustaların sirləri itirilib. Azərbaycan ustalarında isə muncuğa maraq itməyib. Son zamanlar estarada müğənniləri və ədəbazlar gün-gündən öz paltarlarını «parıldayan şüşələrlə» bəzəyirlər. Muncuqla işləyən Sitarə Rəhimova Trendlife-a bəzədilmiş muncuq yaradıcıdığından danışdı. Bu gün onun balaca evi muncuqla bəzədilmiş muzeyə bənzəyir. Əla şəkillər, dahi siyasətçilər, məscid, Azərbaycan folklor qəhrəmanları, heyvanlar və quşlar dünyası, qadın çantaları və papaqları adamı valeh edir. Hələ bürclərin işarəsini demirəm. Bu iş ona düz 15 ilə başa gəlib. Bunu görmək lazımdır. Nə qədər insan əməyi sərf olunub bu işə. Təsəvmürünüzə gətirin ki, balca muncuqlarla, iynələrlə cəmi 3 saat dincəlməklə bütün gün ərzində işələmək insan orqanizminə nə qədər ziyandır. Ömrunun 40 ilini Sitarə xanım bu çətin işə həsr edib.

«Mən 1945-ci ildə Gürcüstanda anadan olmuşam. Beş yaşımda Bakıya köçmüşük. Uşaqlıqdan arzum rəsam olmaq idi. Beş il ərzində çalışırdım ki, Əzim Əzimzadə adına texniki peşə məktəbinin rəngkarlıq fakultəsinə daxil olmaq istəmişəm. Lakin hər zaman texniki fənlərdən kəsilirdim. Maraqlıdır ki, müəllimlər bunu belə izah edirdilər: «qızlar oxumurlar». 1969-cu ildə isə Ç.İldırımzadə adına Texniki Universitetə qəbul oldum».

Sitarə xanımın uşaqlıq arzusunu ürəyində qoyanlardan biri də onun yoldaşı Əjdər olub. Burda isə mentalitet rol oynayıb. «Qadın rəsam ola bilməz». Lakin Sitaprə xanım birinci uşağı dünyaya gələndən sonra uşaq paltarları üzərində muncuq tikməyə başladı. Onun təcrübəsinin az olmasına baxmayaraq, ilk işi muncuqla bəzədilmiş hamam dəsti olub.

«60-cı illərin sonlarında Bakı mağazalarında muncuqla bəzədilmiş şeylər satılırdı. Mən onları alırdım, kəsib-doğrayırdım, muncuqları isə bankaya yığırdım. Belə bir çamadan muncuq yığdım. Özümün birinci ciddi işim bacımın yubkasına «Tovuz quşu» bəzəmək oldu. Siz evdəki davanı görərdiz. Anam, yoldaşım, bütün qohum-əqrabalar mənə deyirdilər ki, sən kor olacaqsan. Mən isə işsiz dayana bilmirdim. Lakin indi başa düşürəm, necə də onlar haqlıymışlar. Oturaq həyatdan kökəlməyə başladım, çoxlu xəstəliklər əmələ gəldi, görmə qabiliyyətiğ isə tamam zəifləyib, müsbət altıya endi. Neçə dəfə bu sənəti atmaq istəmişəm, lakin alınmayıb, bu artıq mınim qanımdadır».

Sitarə xanımın sözlərində təəəsüf hissi duyulurdu. Eyni zamanda «Bu, insanların yaddaşından silinməyəcək» deyirdi. Təəssüflənməyə daha bir bəhanəsi var. Onun iki nəhəng «Ceyranlar» və «Qızıl güllər» kimi əsərləri 1996-cı ildə İçərişəhərdə xaricilər üçün təşkil olunan sərgidə itib. Sənətkar arzulayır ki, qaytarmasınlar, heç olmasa desinlər, indi o əsərlər hardadır. Sitarə xanım həyatından gileylənmir , sadəcə onun şagirdlərindən heç kim bui işlə ciddi məşğul olmadığı üçün kədərlənir.

«İnsanlara elə gələ bilər ki, yəqin mən yaxşı müəllim deyiləm. Amma inanın, şagirdlərimin üstündə can qoymuşam, lakin çox təəssüf. Mənim üç qız nəvəm var, böyüyünün 9 yaşı var (Sitarə xanımın 3 oğlu, 7 nəvəsi var). Onlar da mənim sənətimi davam etdirmək istəyirlər. Hələ k,i məzələnirlər , amma ciddi məşğul olmağa mən onlara imkan vermərəm». Hər bir iş üçün sənətkarın ən azə 8 ay vaxtı gedir. Bəzən isə illər lazım olur. Özünün ilk işi olan «Tovuz quşu»nu Sitarə xanım düz üç ilə hazırlayıb. «Bürclər» işini isə 1992-ci ildə başlayıb, indi bitirib.

Sitarə xanım üçün ən çətin iş portretlərin hazırlanmasıdır. Böyük qürürla İlham Əliyevin, Heydər Əliyevin, Mustafa Kamal Atatürkün şəkillərini göstərir. Yeri gəlimişkən Heydər Əliyev bu işini Türkiyənin müstəqilliyinin 75 illiyində Süleyman Dəmirələ hədiyyə edib. Və hazırda bu iş Atatürk adına Muzeydə saxlanılır. Sənətkarlar öz işlərini satmırlar. Onlar öz işlərinin qiymətini bilirlər. Onun sözlərinə görə, işlərinin qiyməti ancaq auksiona çıxsa bilmək olar. Amma qiymətlər Sitarə xanımı maraqlandırmır.

«Mənim sağlamlığımı alan bu çətin işi ondan başı çıxan adam qiymətləndirə bilər. Hər dəfə təzə iş olanda mən böyük məmuniyyətlə o işi hazırlamağa başlayıram. Təəsüf ki, son zamanlar səhhətimlə əlaqədar olaraq bu işlə çox məşğul ola bilmirəm. Parıltılı muncuq və zərif iş mənim gözümün nurunu, demək olar, təmiz alıb. Hərçənd belə şeylər də əllərimi soyutmur. Mən yeni naturmortlar və peyzajlar işləmək istəyirəm. Ən böyük arzum isə nəvələrimin simalarını muncuqla bəzəməkdir. Təəssüf ki, onların üzlərini çətinliklə ayırıram»...

Koni @ Fevral 24, 2009 17:55 | Ustalar, Muncuqduzme | Şərhlər(5)
Baxış sayı: 267
Açar sözlər:


1
Ana Panda yazıb:

Koni, menim anam atam onu evine getmişdi.. bir neçe il önce, uşaq idim hem maraqlanmırdım bele şeylerle.

Jurnalını hediyye etmişdi.. içinde butun el işlerini şekilleri var idi.
herhalda hele de durur evde.

Amma bir şey var ki, men Azerbaycanda deyilem

inşaAllah anamdan da deqiqleşdirerem, ve mence doğru xatırlayıram

Fevral 24, 2009 18:09
2
koni yazıb:

Çoz sevindim. O xanımı görmək istəyirəm. Mümkün olsaydı pis olmazdı. Çox minnətdar olaram sənə. Hələlik.

Fevral 25, 2009 2:33
3
SHAH yazıb:

Mən o qadının əsərlərinin şəkillərini tapıb burda teqdim edə bilərəm, onun tələbəsiyəm, amma bilmirəm ki konkret kimə müraciət eləyim bu saytın yaradıcılarından. Bilən varsa, desin, mən fotoları onun email adresinə yollayım.

Fevral 27, 2009 0:54
4
yeganə yazıb:

men el ishleri uzre muellim axtariram xususi ile muncuqla ishlemek isteyirem. mene komek etmek isteyen e mail -me yazsin

Dekabr 6, 2009 0:02
5
koni yazıb:

salam, esas sehifeye kecin, dersler haqda yazini oxuyun ve mene emeil yazin. qeydiyyatdan kecin, kurslar bashlayanda size xeber ederem.
ugurlar.

2 yorum:

MAYRI dedi ki...

(¸. • '♥ ♥. ¸. •¨)
¸. • '¸. • *' ¨) ¸. • * ¨) ¸. • '¸. • *' ¨)
(¸. • '(¸. • `* ¸. •' ¸. • * '¨)♥ ¸. • * ¨)
........|_ ♥_|...... ★ MERHABA
........| 000 | ...... 2010 YILININ
........| 000 |....... SEVGİ
........| 000 | ....... HUZUR
........| 000 | ........NEŞE
........ \ 00 /.........SAĞLIK
......... \ 0 /..........GETİRMESİNİ
...........||............ EN İÇTEN DİLEKLERİMLE
...........||.............TEMENNİ EDİYORUM.
...........||....... (¸. • ♥ ♥ •¸.)
.........._||_.....SEVGİLERİMLE... ★...
♥ ¸. • *¨)¸. • * ¨)....¸. • * ¨)
(¸. • '♥ ♥. ¸. •' ¸. • * '¨) ¸. • * ¨) ¸. •' ¸. • * '¨) ¸. • * ¨)

★MUTLU YILLAR ★

<:))

Konul dedi ki...

Merhaba , Mayri cok teşekurler..
Sana da mutlu ve guzel bir arzu edirem..
Sevgi ve arzularla
Gonul